Peyvənd olunanların sayı AÇIQLANIB

 16:51 24.06.2021     350

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 66 010 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 36 942, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 068 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 146 350, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 034 554, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 111 796 təşkil edir.

2