Dəri xərçənginin peyvəndi artıq hazırdır

 21:56 24.06.2021     1229

Almaniya şirkəti BioNTech, Pfizer / BioNTech koronavirus əleyhinə peyvənd hazırlayanlardan biri kimi tanınır.

Redaktor.az xəbər verir ki, bu dəfə şirkət daha çox ölümcül olan xəstəlik üçün bir dərman hazırlamağa qərar verib.

Söhbət dəri xərçəngi kimi geniş yayılmış xəstəlikdən gedir. Bu peyvəndin sınaq üçün nəzərdə tutulan variantı artıq hazırdır. Bundan əlavə, dərman ilk pasiyentlər üzərində test edilib. 

Təcrübənin ilkin mərhələsində peyvəndin təhlükələri aşkar edilməyib. Bu o deməkdir ki, tezliklə yeni bir tədqiqat dövrü başlayacaq.
İştirakçıların xərçəng diaqnozu qoyulmuş xəstələrin olduğu bildirilir. 

İş burasındadır ki, peyvənd hələ profilaktika vasitəsi kimi istifadə edilə bilməz, çünki təcrübə ölümcül xəstəlik yarada bilər. Bu səbəbdən dəri xərçəngi aşkarlanan insanlar peyvəndlənib. 

Peyvəndin xəstəliklə mübarizə aparmaq üçün immunitet sistemini "öyrədəcəyi" planlaşdırılır. Hazırda mütəxəssislər  son nəticələr çıxarmaq üçün tələsmirlər.

Bununla birlikdə, xərçəngə qarşı peyvəndin eksperimental versiyasının gələcəkdə geniş istifadəsi üçün perspektivli olduğu vurğulanır.//Lent.az.