Fransada koronavirusun “Delta” variantı sürətlə yayılır

 00:19 25.06.2021     1672

Fransada koronavirusun “Delta” variantı keçən həftəyə nisbətən sürətlə artaraq 9-10 faiz təşkil edib.

Redaktor.az xəbər verir ki, bunu Fransa hökumətinin sözçüsü Qabriel Attal Nazirlər Kabinetinin iclasından sonra etdiyi açıqlamada deyib.

Fransa Xalq Sağlamlığı Agentliyinin dünənki məlumatlarına görə, epidemiyada ölənlərin sayı 110 891-ə çatıb.

Virus aşkarlanan insan sayı 2 320 nəfər artıb və 5 762 322 nəfər olub.//Oxu.az.