ÜST uşaqların da peyvənd edilməsinə icazə verdi

 08:41 25.06.2021     198

Uşaqlar da koronavirusa qarşı peyvənd oluna bilər. 

Redaktor.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni tövsiyələrində bu qeyd əksini tapıb. Qurumun rəsmi saytında dərc olunan yenilənmiş təlimatlarda azyaşlıların və yeniyetmələrin koronavirusu bir qayda olaraq, böyüklərlə müqayisədə daha yumşaq keçirməyə meyilli olduğu bildirilir. 

Eyni zamanda yeni təlimata əsasən, uşaqlar COVID-19 riski olan qrupa aid edilmədiyindən, onların peyvənd prosesi tədricən həyata keçirilə bilər.

Halbuki, təşkilat daha əvvəl COVID-19-a qarşı vaksinlərin uşaqlara təsiri barədə yetərli məlumata malik olmadıqları üçün azyaşlıların peyvənd olunmasını məsləhət görmürdü.//Oxu.az