Peyvənd olunanların sayı AÇIQLANIB

 16:47 01.07.2021     185

Azərbaycanda bu gün 85 889 nəfər vaksinasiya olunub.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 41 826, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 063 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 3 597 108, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 2 256 816, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 340 292 nəfər təşkil edir.

2