COVAX dövlətlərə çağırış etdi: "PEYVƏND OLUNANLAR..."

 22:48 01.07.2021     90

COVAX bütün dövlətləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qəbul edilən vaksinləri vurduran insanları tam şəkildə peyvənd olunmuş kimi tanımağa çağırıb.

Redaktor.az xəbər verir ki, bununla da həmin insanların səyahətə çıxa, tədbirlərdə iştirak edə bilmələri müəyyənləşdiriləcək.

Qeyd edək ki, indiyədək Çinin “Sinopharm” və “Sinovac”, ABŞ-ın “Pfizer” və Almaniyanın “BioNTech” şirkətlərinin birgə istehsal etdiyi “Corminaty”, Britaniya və İsveç istehsalı “AstraZeneca” iki variantı ÜST tərəfindən koronavirusa qarşı təcili istifadə üçün tövsiyə olunub. //Axar.az.