ÜST-dən “qara kif”in yayılmasının azaldılması ilə bağlı - TÖVSİYƏ

 00:39 02.07.2021     114

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “qara kif” və ya mukormikozun yayılmasını minimuma endirmək üçün tövsiyələr verib.

Redaktor.az xəbər verir ki, bunun üçün yeni növ koronavirusun müalicəsində hormonal dərmanların və antibiotiklərin istifadəsini azaltmaq lazımdır.

Bu barədə ÜST-nin Rusiyadakı nümayəndəsi Melita Vuynoviç “RİA Novosti”yə müsahibəsində deyib.

O, Hindistanda COVID-19 xəstələrində rast gəlinən bir sıra göbələk infeksiyalarının maya və ya kiflə əlaqəli olduğuna diqqət çəkib. Onlar ətraf mühitdə olurlar, ancaq immuniteti zəif olan insanlara təsir edirlər.

Vujnoviçin sözlərinə görə, söhbət şəkərli diabet və ya digər xroniki xəstəliklərdən, xərçəngdən əziyyət çəkənlərdən, həmçinin uzun müddət müəyyən dərman qəbul edənlərdən gedir.

ÜST nümayəndəsi koronavirus infeksiyasının da immunitet sistemini zəiflədiyini vurğulayıb:

“ÜST kortikosteroidlərin və antibiotiklərin yüngül və orta dərəcəli hallarda nisbətsiz istifadəsini minimuma endirməyi tövsiyə edir”.

Vuynoviç COVID-19-un kəskin halında kortikosteroidlərin həyatını xilas etdiyini, ancaq bunların geniş istifadəsinin göbələk infeksiyasına səbəb ola biləcəyini də izah edib.