Peyvənd olunanların sayı AÇIQLANIB

 16:47 02.07.2021     114

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 73 621 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 33 992, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 39 629 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 670 729, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 290 808, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 379 921 təşkil edir.

2