Moskvada bu şəxslər koronavirus xəstəsi sayılacaq

 08:59 03.07.2021     333

Rusiyanın paytaxtı Moskvada kəskin respirator virus infeksiyası diaqnozu qoyulan xəstələr koronavirus xəstəsi kimi dəyərləndiriləcək və özlərini təcrid etmələri tələb olunacaq.

Redaktor.az xəbər verir ki, bunu Moskva bələdiyyə sədrinin müavini Anastasiya Rakova bildirib.

“Bu gündən etibarən bütün kəskin respirator virus infeksiyaları faktlarının, yüksək ehtimalla, koronavirus infeksiyası faktı olaraq qəbul edilməsinə qərar verildi.

Mənfi test cavabı alınana qədər kəskin respirator virus infeksiyası olan bütün xəstələrin təcrid rejiminə riayət etməsi lazım olacaq”, - Rakova qeyd edib.

O vurğulayıb ki, qərar Moskvada yayılmağa başlayan “Delta” ştammının daha yoluxucu olması, inkubasiya dövrünün daha qısa olması və simptomlarının fərqli olması səbəbindən qəbul edilib. //Sputnik.az.