Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb

 19:46 04.07.2021     92

Azərbaycanda son sutkada koronavirus (COVİD-19) əleyhinə 52 317 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23 214, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 29 103 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 3 792 764, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 345 077, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 447 687 təşkil edir.