"Bu korona ştammı vaksinə qarşı dözümlüdür" - ALİM

"Peruda yayılan koronavirusun lambda ştammı digər versiyalara nisbətən vaksinlərə qarşı daha dözümlü ola bilər".
Redaktor.az xəbər verir ki, Çili alimləri bu qənaətə gəlib.
Bildirilir ki, kütləvi vaksinasiyaya baxmayaraq, bu ştamm hələ də varlığını qoruyur:
“Bu ştammın Peru, Ekvador, Çili, Argentinada sürətlə yayılmasını nəzərə alsaq, o zaman lambda ciddi narahatlıq üçün əsas yaradır”.
Britaniyanın Senger İnstitutunun professoru Ceff Baret isə qeyd edir ki, qeyri-adi mutasiyalar birliyindən ibarət olan lambdanın yaratdığı təhlükəni anlamaq olduqca çətindir. //Axar.az.