Bakıda vaksin vurduranların halı niyə pisləşir? - QIZDIRMA, BAŞ AĞRISI...

 15:27 06.07.2021     886

Azərbaycanda vaksinasiya prosesinə cəlb edilən insanların sayı artır. Lakin bu şəxslər vaksin vurulduqdan sonra sağlamlıqları ilə bağlı müəyyən problemlər yaşadığını deyir. Onlar günlərlə düşməyən temperaturdan, kəskin baş ağrılarından, güclü allergiayalardan şikayət edir. Bəs görəsən bunun səsəbi nə ilə bağlıdır?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını tibbi ekspert, professor Adil Qeybulla cavablayıb. Ekspert bildirib ki, vaksinasiya üçün ciddi əks göstərişlər çox məhduddur:

“Hamiləliyin ilk üç ayında, güclü allergiyası olan və koronvirus keçirib sağalan şəxslərin vaksinasiya olunması məqsədə uyğun deyil. Güclü allergiyası olan şəxslərdə fon yaratdıqdan sonra vaksin vurmaq olar. Vaksin aktiv immunizasiya prosesidir. Həmçinin, virusun müxtəlif formalarına qarşı orqanizmdə əks cisimlərin yaranmasıdır. Vaksin vurulduqdan sonra bədəndə ona qarşı müəyyən reaksiya ola bilər. Buna misal olaraq qızdırma, üşütmə, halsızlıq və s. hallar var".

Ekspert bildirib ki, vaksindən sonra hətta xəstəliyin zəif əlamətləri bəzi insanlarda psixoloji gərginlik yaradır. Bütün bunlar əvvəlcədən izah olunmalı, əhali bu barədə ətraflı maarifləndirilməlidir. Risk qrupuna aid olan hər kəs təcili vaksin olunamlıdır. Çünki hazırda "Delta" ştammı məsələsi gündəmdədir. Ona görə də vaksinasiyasının arealı genişləndirilməlidir”.

Şəbnəm Mehdizadə