Peyvənd vurulan yeniyetmə yuxuda ölüb

 23:19 06.07.2021     289

ABŞ-ın Miçiqan ştatından olan 13 yaşlı yeniyetmə Ceykob Klinik koronavirusa qarşı Pfizer peyvəndinin ikinci dozası vurulandan bir neçə gün sonra yuxuda ölüb. 

Redaktor.az xəbər verir ki, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi hazırda yeniyetmənin ölüm səbəbini araşdırır. 

Məlumata görə, yeniyetməyə ikinci doza iyunun 13-də vurulub və iki gün sonra yuxuda ölüb. Xalasının sözlərinə görə, ikinci doza peyvənd vurulandan sonra bacısı oğlunda peyvənd sonrası yorğunluq, qızdırma və qarın ağrısı kimi ümumi əlamətlər inkişaf edib, ancaq əlamətlərnarahatlığa səbəb olacaq qədər şiddətli olmayıb. //Lent.az.