Korona testinin pozitiv cavabı niyə portala salınmır?

 07:15 08.07.2021     263

Özəl klinikalarda COVİD-19 analizi verən vətəndaşların analizinin nəticəsi müsbət çıxsa da, onların adları portala salınmır. Bu da vətəndaşın viruslu halda cəmiyyət içərisinə çıxmasına və virusun yayılmasına zəmin yaradır. “Avrasiya” klinikası və bir çox özəl klinikalarda açıq bazar hökm sürür. Koronavirusa yoluxan xəstədən adının portala salınması üçün ödəniş etməsi tələb olunur.

Redaktor.az xəbər verir ki, bu barədə Axar.az-a daxil olan vətəndaş şikayətində bildirilir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirib ki, özəl klinikalar TƏBİB-in tabeliyində deyil, TƏBİB yalnız dövlət xəstəxanalarına cavabdehdir.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev deyib ki, nazirliyiə sözügedən məsələ ilə bağlı müraciət daxil olmayıb:

“Əgər belə şikayətlər varsa, həmin şəxslər Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə müraciət edə bilərlər. Müraciət əsasında iş araşdırılacaq”.