Balıqdan bu xəstəliklərə tutula bilərsiniz - SİYAHI

 06:44 09.07.2021     1246

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu balıqlardan insanlara yoluxan parazitar zoonoz xəstəliklər barədə məlumat yayıb.

Redaktor.az xəbər verir ki, çiy və müvafiq termiki təsirdən keçməmiş balıq məhsullarının istehlakı ilə insanlara yoluxan biohelmintozlar intoksikasiya, dispepsiya, allergiya, hematoloji problemlər və digər patologiyalarla nəticələnir:

Anizakidoz - zoonoz nematodoz olub, Ankisakis cinsli helmintlər tərəfindən törədilən xəstəlikdir. Anizakis sürfələri -18° C temperaturda 14 gün, -20° C-də 4-5 gün, -30° C-də isə 10 dəqiqə müddətində məhv olur.

Opistorxoz - zoonoz trematodoz olub, yastı, lansetvari Opisthorchis felineus və Opisthorchis viverrini helmintləri tərəfindən törədilir. Opisthorchiasis sürfələri -40° temperaturda 7 saat, -35° C-də 14 saat və -28° C-də 32 saat ərzində məhv olur.

Difillobotrioz – zoonoz sestodoz olub, lentvari Diphyllibothrium latum, Diphyllibothrium dendriticum və Diphyllibothrium klebanovskii helmintləri tərəfindən törədilir. Parazit sürfələri – pleroserkoidlər balıqların orqanizmində dərialtı toxuma və daxili orqanlarda məskunlaşır.