Bədəndə xərçəng yaranmasını göstərən - 15 SİQNAL

 17:05 10.07.2021     221

Redaktor.az həmin 15 siqanalı təqdim edir:

- Səbəbsiz yerə çəki itirmə, kəskin arıqlama

- Səbəbsiz, izah olunmaz güclü yorğunluq

- Gecələr çox tərləmə

- İştahanın kəsilməsi, sevdiyin yeməklərdən imtina

- Bədəndə yeni yaranan, səbəbsiz və artan ağrı

- Təkrarlanan ürəkbulanma, qusma, öyümə

- Sidikdə, nəcisdə qan izləri

- Sidiyin və nəcisin tündləşməsi, ümumiyyətlə, tualetə gedəndə narahat ağrılı hisslər bağırsaqda törəmələrdən xəbər verə bilər.

- Səbəbsiz qızdırma, titrətmə

- Bağırsağın işinin pozulması: ya kəsməyən ishal, ya da kəskin qəbizlik

- Uzun müddət başlayan, günün istənilən saatı tutan, dərmanlarla kəsməyən öskürək

- Limfatik düyünlərin müxtəlif nahiyələrdə böyüməsi

- Xalların böyüməsi, ətrafının qızarması, bədəndə sağalmayan dəri yaraları, xoralar

- Xəstəhal vəziyyətin keçməməsi, ayın yarıdan çoxunu enerjisiz, xəstə kimi hiss etmək

- Dərialtında bərkimələr, hər hansı orqanın- süd vəzi, burun, prostat və s. çox bərkiməsi, daşlaşması, xarici görünüşünün dəyişməsi, böyüməsi

Bu əlamətlər kişilərdə ağciyər, mədə, prostat, bağırsaq xərçəngindən, qadınlarda süd vəzi, ağciyər, bağırsaq, mədə şişlərində daha çox rast gəlinir. //Medicina.az.