DİQQƏT: Bu əlamətlər varsa "Delta"ya yoluxmusunuz - SÜRƏTLƏ YAYILIR...

 12:38 14.07.2021     464

Bir müddətdir ki, bütün dünyanı qorxuya salan "Delta" virusu Azərbaycanda da aşkarlanıb. Belə ki, aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkəyə xaricdən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 ("Delta") variantı aşkar olunub.

Bəs görəsən "Delta" virusu nə dərəcədə təhlükəlidir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən həkim-terapevt Məlahət Abbasova deyib ki, təhlükənin qarşısını almaq üçün ilk növbədə yoluxmuş şəxslərə vaxtında həkim müdaxiləsi edilməlidir:

“"Delta" ştammına yoluxanlar virusdan şübhələndiyi an həkimə müraciət etməlidir. COVID-19 təcrübəsi bizə onu göstərdi ki, virusa yolxuma zamanı həkim müdaxiləsi edilən şəxslər tam sağalır. Həkimə gec müraciət edən şəxslərdə artıq ağırlaşmalar və digər fəsadlar özünü büruzə verir.

Həkim qeyd edib ki, "Delta" ştammına yoluxan şəxslər koronavirus əlamətləri ilə yanaşı mədə-bağırsaq problemi də yaşayır:

“COVID-19-a yoluxan xəstələrdə adətən ağciyərdə problem yaranırdı. Yeni mutasiyada isə bununla yanaşı xəstənin mədə-bağırsaq sistemində də ciddi problemlər yaranır. Bu, virusun təhlükəlilik dərəcəsini daha da artırır. Həmçinin, yeni növ virusun yoluxma sürətinin COVID-19 ilə  müqayisədə daha çox olacağı gözlənilir. Çünki koronavirus hava-damcı vasitəsilə yayılırdı. Virusa yoluxan şəxslər izolyasiya olunurdu. Amma indi təkcə maska və izolyasiya bizi "Delta" ştammından qoruya bilməyəcək. Çünki virus mədə-bağırsaq sisteminə keçir. Nəticədə virusun yolxuma qabiliyyəti daha da artır.  Virusun sürətlə yayılma təhlükəsi önləyici tədbirlərin görülməsini daha da vacib edir”.  

Şəbnəm Mehdizadə