ÜST-dən "Delta" ştammı ilə bağlı əhaliyə müraciət

 12:03 15.07.2021     443

“Artıq Azərbaycana koronavirusun “Delta” ştammı gəlib”.

Redaktor.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, bu ştammın Azərbaycanda aşkarlanacağı bilinirdi:

“Bu ştamm daha yoluxucudur. Buna görə daha çox insanı xəstə edə bilər. Görüləcək tədbirlər sırasında çox böyük fərq yoxdur. İlk olaraq peyvənd vurdurmaq, ikincisi, gigiyenik qaydalara əməl etmək lazımdır". //Baku.ws