Azərbaycanda ən çox bu xəstəliklər qeydə alınıb

 14:36 17.07.2021     115

58 rayon və şəhər üzrə tibb müəssisələrinə müraciətlərlə bağlı statistika açıqlanıb.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Redaktor.az-a verilən məlumata görə, müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sidik-cinsiyyət, həzm, tənəffüs, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri, habelə, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya ilə bağlı olub.