Bu yağlar xərçəng riskini artırır

 22:32 19.07.2021     92

Yemək qızartdığınız yağlardan təkrar istifadə etmək xərçəngin inkişafına səbəb olur.

Redaktor.az xəbər verir ki, alimlərin fikrinə görə, təkrar qızardılmış yağ öz tərkibini dəyişir və onda güclü toksiki kanserogen akrolein əmələ gəlir. Akrolein isə bir çox xərçəng növünün inkişafına gətirib çıxarır.

Mütəxəssislər qidalanmada qızardılmış qidaların miqdarını minimuma azaltmağı və yağı heç zaman təkrar qızdırmamağı tövsiyə edirlər. //Axşam.az