Gün ərzində 1,5-2 litr su içilməlidir: BU XƏSTƏLƏR OXUSUN

 01:33 20.07.2021     83

Ürək-damar xəstəliklərinin profilaktikasında düzgün və balanslı qidalanma vacibdir.

Redaktor.az xəbər verir ki, bu barədə Lent.az-a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, ürək-damar xəstəliklərinin profilaktikası zamanı gün ərzində 1,5-2 litr su içilməlidir.

Bundan başqa sözügedən xəstəliyi olan şəxslər maqnezium duzları ilə zəngin qidaların istehlakına üstünlük verməli (çovdar və buğda kəpəkli çörək, yulaf, arpa və qarabaşaq yarması, çuğundur, yerkökü, kahı, cəfəri, qoz, badam, qara qarağat), duzun və heyvan mənşəli yağların qəbulunu azalmalıdır, spirtli və şirin içkilərdən imtina olunmalıdır.

Bunlarla yanaşı ürək-damar xəstəliyi olan şəxslərin qida rasionunda balıq və balıq məhsulları qida əsas yer tutmalı, kaliumla zəngin qidalar qəbul etməlidirlər.