Koronavirusa qarşı aktiv ştamm müəyyən edilib

Rusiyalı alimlər laktobasil ştammının koronavirus infeksiyasına qarşı aktivliyini müəyyənləşdiriblər.
Redaktor.az xəbər verir ki, bu barədə “Biomed Research International” elmi jurnalında məlumat yerləşdirilib.
Qeyd edilir ki, mütəxəssislər müəllif probiyotiklərinin tərkibinə daxil olan altı lakto- və bifidobakteriya ştammlarının donuz qripi, H5N6 quş qripi virusuna və koronavirusa qarşı antivirus aktivliyini öyrəniblər. //Oxu.az