Kondisioner körpələrə necə təsir edir?

 03:17 21.07.2021     120

İsti yay aylarında hamı evini sərinlətmək üçün kondisioner alır, quraşdırır, bununla ailəsinə komfort yaratdığını düşünür.

Redaktor.az xəbər verir ki, hazırda ailədə yenidoğulmuş, südəmər və 5 yaşa kimi körpələr olan evlərdə də, təəssüf ki, kondisioner işlədilir. 

Pediatr Vaqif Qarayev mövzu ilə bağlı bildirib ki, südəmər, yenidoğulmuş və körpə uşaq olan otaqda kondisioner işləməsi qəti olmaz, yolverilməzdir.

Kondisioner özündə müxtəlif xəstəliktörədicilərini "gizlədir”. Əsasən də onun filtrində pnevmoniya törədiciləri yaşayır. Ona görə birbaşa uşağın bədəninə üfürülən soyuq hava ilə filtrdən yayılan törədicilər nəfəs yolları ilə ağciyərlərə keçərək pnevmoniya yarada bilər. Eləcə də uşaqlarda soyuqdəymə, əzələ-oynaq ağrıları qaçılmaz olacaq. Uşaq olan otaqda kondinsioner olmamalıdır. 

Əgər ailə üzvləri kondinsionersiz qala bilmirsə, mütəmadi söndürüb, pəncələri açıb otağı havalandırmalıdır. Eləcə də kondisionerlərin filtrləri tez-tez təmizlənməlidir. Kondisioner otaqda havanı qurudur, bu da körpənin normal oksigen almasına mane olur”.

Həkim yayda ventilyatorun uşağa daha uyğun olduğunu bildirib. Amma ventilyator da uşağın üzərinə hava vurmamalıdır. Ventilyatorun filtrinin olmaması onu bir qədər zərərsiz edir. //Lent.az