SON DƏQİQƏ! Dünyada dəhşətli virus yayılıb - MÜALİCƏSİ YOXDUR

 21:35 29.07.2021     2768

ABŞ-da bütün müalicələrə davamlı olduğu bildirilən ölümcül göbələk infeksiyası qocalar evləri və xəstəxanalarda yayılmağa başlayıb.

Redaktor.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) tibb işçisi Meqan Liman xəstələrin bir-birindən yoluxduqlarının ehtimal olunduğunu deyib. Xəstələrin təxminən 30 faizinin bir ay ərzində öldüyü, bu ölümlərin sözügedən virusla əlaqəli olub-olmadığının araşdırıldığı vurğulanıb.

"Candida auris" adlandırılan göbələk infeksiyası olduqca təhlükəlidir. Qan dövranına, ürəyə və ya beyinə nüfuz etdikdə çox vaxt ölümcül olur. Qızdırma və üşütmə kimi simptomlar antibiotik müalicəsindən sonra da davam edir.

ABŞ-ın bəzi bölgələrində göbələk virusuna yoluxma faktları aşkarlansa da, xəstələrin adları açıqlanmayıb. //Azerfrom.az