Uşaqların vaxtında peyvənd olunması vacibdir - Baş pediatr

 16:00 25.08.2021     242

"Valideynlər koronavirus infeksiyasına görə, uşaqlarını vaxtında peyvənd etdirməkdən çəkinməsinlər".

Redaktor.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.

O bildirib ki, digər ölkələrdə olduğu kimi, Azərbaycanda da koronavirusa qarşı ciddi şəkildə peyvəndləmə aparılır: "Buna görə digər peyvəndlərin vurulma faizində azalma müşahidə edilir. Valideynlər uşaqları poliklinikaya aparmağa qorxur. Onlara müraciət edirəm ki, koronavirus uşaqlarda çox nadir şəkildə ağır keçir. Digər peyvəndləri vurdurun və bu, çox vacibdir. Uşağınızın sağlamlığı sizin əlinizdədir. Rutin peyvəndlərin vurulduğu xüsusi poliklinikalar var və orada tam steril şəkildə valideynlərin girişi təmin edilir”. //Trend.az