Peyvənd olunanların sayı AÇIQLANIB

 17:26 25.08.2021     257

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 85632 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58117, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 27515 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6335305, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3830650, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2504655 təşkil edir.

2