Saç ağarmasının qarşısını bu üsulla alın

 06:18 30.08.2021     111

Saçların ağarması müasir dövrümüzdə tək yaşlılıq yox, stress və əsəbin də əlamətidir. Bir çoxları erkən yaşda saç ağarmasından əziyyət çəkir.

Redaktor.az xəbər verir ki, saç ağarmasını çoxları kompleks edir. Bunu müxtəlif boyalarla aradan qaldırmaq isə yeganə çıxış yolu hesab olunur.

Amma boya ağ saçların qarşısını almağa yox, onları müvəqqəti gizlətməyə kömək edir. Saçlarınızın təbii rəngini saxlamaq üçün kokos yağından istifadı edin. Bu həm saçın ağarmasının, həm də zədələnməsinin qarşısını alır.

Kokos yağı ya əldə, ya da qazda isidilir və quru saçlara yaxılır. Bütün saç diblərinə massaj vasitəsilə yeridilir. Saçları sellofanla bağlayıb, üzərindən dəsmal örtülərək 10-15 dəqiqə gözləyin. Sonra adi şampunla saçlar yuyulur. Bu reseptin hər dəfə saçı yuduqdan öncə edilməsi məsləhətdir.