Nazirlik əks göstəriş sertifikatı alanların sayını açıqladı - COVİD-19

 16:35 01.09.2021     387

"Əks göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur".

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlik vətəndaşların narazılığını anlayır, lakin göndərilən müraciətlərin komissiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır:

"Avqust ayının 9-dan bugünə qədər ümumilikdə 313 nəfərin müraciətinə müsbət cavab verilib və həmin şəxslər artıq əks göztəriş sertifikatı alıblar".