Axşam evə gedəndə bunları mütləq edin

Yorğun iş günündən sonra evə gedən kimi yatmaq istəyi hər kəsdə var. Buna görə də gün ərzində tozdan, istidan zərər görən dərini təmizləməyi hər gün ertələyirik. Unutmayaq ki, səhər yuxudan oyananda güzgüyə baxıb, əhvalı yüksək tutmağın vacib amillərindən biri də üz dərinizin parlaq və ürəkaçan olmasıdır.
Redaktor.az yatmazdan əvvəl etməli olduğunuz bir neçə qaydanı təqdim edir:
Makiyajı dərhal təmizləyin
Sağlam dəri üçün mütləq makiyajı təmizləməlisiniz. Dəri tipinizə uyğun vasitələrdən istifadə daha məqsədəuyğundur. Cildinizə ziyan vurmadan 30 saniyə boyunca dərini ovaraq təmizləməyə çalışın.
Üzünüzü yuyarkən diqqətli olun
Üzünüzü ilıq su ilə yuyun. İlıq su qan axışını tənzimləyir və dərinin canlı görünməsinə imkan yaradır.
Dərini qurulamağa diqqət edin
Dərinizi yuduqdan sonra təzə dəsmalla qurulayın. Sərt hərəkətlərdən istifadə etməyin.
Maska istifadə edin
Yorulan və kirlənən dərinizi rahatlaşdırmağa maskalar yardımçı olacaq. Dəri tipinizə uyğun maskalar işlədin.
Üzünüzü nəmləndirməyi unutmayın
Dərinizin sağlam və canlı görünməsi üçün ən vacib amil nəmləndirici kremlərdir.
Yatmazdan əvvəl duş alın
Dərini rahatlaşdırmaq üçün ilıq su ilə duş alın. Bu, yorğunluğunuzun çıxmasına kömək edəcək.
Əl və ayaqlarınız nəmləndirin
Üzünüz və bədəninizlə yanaşı əl və ayaqlarınızı da nəmləndirin.