Bunlardan uzaq durun, ÖLÜMCÜL XƏSTƏLİK yayılır - YENİ TƏHLÜKƏ

Hər il təxminən 700 milyon insanın ağcaqanadların yaydığı müxtəlif yoluxcu xəstəliklərə yaxalandığı bildirilir.
Redaktor.az xəbər verir ki, bu xəstəliklərə Malyariya, Qərbi Nil virusu, Sarı qızdırma və Zika daxildir.
Yoluxcu xəstəlik yayan ağcaqanad sürfələri köhnə avtomobil şinlərində, ağac boşluqlarında və uzun müddət dolu saxlanılan plastik su qablarında toplanır.
Bəzi elm adamları ağcaqanadlar tərəfindən ötürülən Qərbi Nil virusunun son illərdə artdığını ifadə edirlər.
Bu virus köçəri quşların köç yollarında yerləşən ölkələrdə xüsusilə daha geniş yayılıb.
Xəstəlik mövsümi xarakter daşıdığından daha çox yay və payız aylarının əvvəllərində təhlükəlidir.
Ölkəmiz də bu zonada yerləşdiyindən və teperatur hələ də mövsümi normalardan yüksək olduğu üçün ağcaqanadlarla xəstəliyin yoluxma riski var.
Araşdırmalar göstərir ki, Qərbi Nil virusuna yoluxmuş insanların təxminən 80 faizi yüngül hərarətlə sağalır. Lakin yorğunluq və halsızlıq həftələr və ya aylar davam edə bilər.
Təxminən hər 5 yoluxmuş insanda ishal, qusma, oynaq, baş, bədən ağrıları və ya səpgi kimi digər simptomlar olur.
Yoluxmuş insanların 1%-dən azında ensefalit (beyin iltihabı) və ya menenjit (beyin və onurğa beyni membranının iltihabı) kimi ciddi bir nevroloji xəstəlik inkişaf edir və ölümə səbəb olur.
Qeyd edək ki, Böyük İskəndərin də bu xəstəlikdən öldüyü iddia edilir.
Oral Mədənçi / Redaktor.az