Vaksindən sonra nədən qorunmaq lazımdır? - VACİB TÖVSİYƏLƏR

 14:24 08.09.2021     488

Azərbaycanda koronavirusa qarşı vurulan vaksinlərin ümumi sayı 7 mln. 307 min 149, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 mln. 391 min 664, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 mln. 915 min 485 təşkil edir.

Bəzi şəxslər vaksin vurdurduqdan sonra səhhətlərinin pisləşdiyini deyirlər. Həkimlər isə hesab edir ki, vətəndaşlar vaksin vurdurmamışdan öncə bəzi məqamlara diqqət etməlidirlər.

Professor, tibbi ekspert Adil Qeybulla Redaktor.az-a açıqlamasında bildirib ki, vaksinasiyadan sonra 5-7 gün alkaqollu içki qəbulu, siqaret çəkmək və digər zərərli vərdişlərdən uzaq olmaq lazımdır. Həmçinin, soydəymədən qorunmaq lazımdır:

"Vaksinasiydan sonra hərarət, ineksiya yerində şişkinlik, qızartı varsa, həkimə müraciət etmək lazımdır. Buna uyğun simtomatik müalicə aparıla bilər".

Hekim-diyetoloq Tutu Zeynalova isə bildirib ki, vaksin vurdurduqdan sonra ilk qorunmalı olduğumuz elə karonavirusun özüdür. Çünki bəzi şəxslərdə arxayınlıq yaranır ki, vaksinasiyadan sonra virusa yoluxmayacaq:

"Bütün vaksinlərdən sonra qorunmaq tövsiyə olunur. Çünki bu müddət ərzində immun sistemi vaksinə qarşı anticisimlər yaratmalıdır. Əlavə xəstəlik, soyuq, fiziki aktivlik bu prosesə təsir edə bilər. Başqa xüsusi bir tövsiyə yoxdur".

Oral Mədənçi / Redaktor.az