Payızda dərinizdə ən çox bu problem olur

 08:12 12.09.2021     362

Payız mövsümü dəridə bir çox problemlər yaradır. Onlar arasında ən çox rast gəlinən isə dəri quruluğudur.

Redaktor.az xəbər verir ki, dəri quruluğunu ev şəraitində aradan qaldırmaq heç də çətin deyil. Bunun üçün qidalanma ilk sırada gəlir.

Dəniz mövsümündə günəş vannası qəbul etmək dərini zədələyir. Bunun ilik səbəbi dənizdən çıxandan sonra duzlu suyun üzdən yuyulmasıdır. Buna görə də dənizdən çıxan kimi üzü yumaq mütləqdir.

Küçəyə çıxmazdan 30 dəqiqə əvvəl nəmləndirici krem çəkin. Çalışın kremi 2-3 saatdan bir yeniləyin.

Hər dəfə vanna qəbul etdikdən sonra üzünüzə yüngül nəmləndirici çəkməyə çalışın. Vanna otağında 10 dəqiqədən çox qalmayın. Duşdan sonra üzünüzü soyuq su ilə yuyun.

Çalışın soyuducuda üzünüz üçün müxtəlif sudan buzlar saxlayın. O buzları üzünüzə sürtün.

Gecə yatmazdan əvvəl avokado, arqan yağı ilə üzünüzü masaj edə bilərsiniz.

Ən önəmlisi çoxlu su için. Gün ərzində ən az 2 litr su içilməlidir.

Əgər bunlardan sonra da dəriniz quruyur və qaşınırsa həkimə müraciət edin.