Boynunuz ağrısa, bunları edin

 16:55 12.09.2021     419

Boyun çox hərəkətli bölgə olduğu üçün tez də incinir. Gün ərzində oturaq iş rejismi, kompüter qarşısında saatlarca işləmək boyun ağrısına gətirib çıxarır. Axşam evə gəldikdə boyun nahiyəsində ağrı hiss etməmək mümkün deyil.

Redaktor.az xəbər verir ki, boyun ağrısını bir çox üsulla aradan qaldırmaq mümkündür. Ağrıya səbəb yanlış duruş pozası, soyuq vurma, eyni formada boynu çox saxlama ola bilər. Boyun sümüklərinin yüklənməsi, daralması ağrıya gətirib çıxarır.

Ağrını aradan qaldırmaq üçün:

Ağrıyan hissəyə soyuq və ya isti kompres qoyun

Ağrıyan hissəyə efir yağları ilə masaj edin

Ağrıkəsici maz çəkin

Boyunun ağrıyan hissəsini nanə yağı ilə ovuşdurun

Boyun üçün olan idman hərəkətləri edin:

5 saniyə boyunca əlinizi alın hissəsinə qoyun, başınızı qabağa doğru sallama, əlinizlə isə ona mane olmağa çalışın.

5 saniyə boyunca sağ əli başın sağ yanına qoyun və başı sağa tərəf döndərməyə, digər əllə isə başın irəli doğru getməsinə mane olmağa çalışın. Sonra eyni hərəkəti sol tərəfə etməyə çalışın.

5 saniyə başı sağa çevirib dayanın. Daha sonra eyni formada sol tərəfə dayanın.