Ana südünü artıran 5 ƏSAS QİDA

 01:47 14.09.2021     1507

Həkimlər hər zaman körpənin sağlam böyüməsi üçün ana südünün əhəmiyyətini xüsusi qeyd edirlər. 

Redaktor.az gənc analara ana südünü artıran qidaları təqdim edir: 

Razyana çayı

Razyana çayı gənc ananın psixoloji olaraq rahatlaşdırır və südünü artırır. Bundan əlavə, körpə və ananın qaz problemi də aradan qalxır. 

Su 

Ana südünün təxminən 90% -i sudur. Bu səbəbdən su istehlakı ana südünün artmasına təsir edir. Hər gün müntəzəm olaraq 2,5-3 litr su qəbul edilməlidir.

Ləpə

Qoz, badam, fındığın tərkibi maqnezium, sink və omeqa-3-lə zəngindir. Gün ərzində müəyyən miqdarda ləpə qəbul edən gənc ananın südü artır və körpənin beyin inkişafına müsbət təsir göstərir. 

Qara üzüm və xurma


Dəmir və lif mənbəyi olan qara üzüm və xurma ikilisi ana südünü artırır və şirniyyat istəyini azaldır.

Şüyüt 

Tərkibində olan etkin maddəsi ana südünü artırmağa kömək edir. Şüyütü yeməmişdən öncə sirkəli suda saxlayın ki, mikrobları ölsün. Gün ərzində 1-2 dəstə yemək məsləhətdir. //Lent.az