Peyvənd olunanların sayı açıqlandı - Azərbaycan

 19:06 14.09.2021     377

Azərbaycanda son sutkada koronavirus əleyhinə 69221 vaksin vurulub.

Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22023, ikinci mərhələ üzrə 47198 nəfərdir.

Vaksinlərin ümumi sayı 7 680 427, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 530 138, ikinci mərhələ üzrə isə 3 150 289 nəfər təşkil edir.