Koronavirusun yeni ştammları yaranmağa davam edəcək - Baş infeksionist

 15:38 15.09.2021     279

Koronavirusun mutasiyaları daim davam edəcək.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib. O bildirib ki, nə qədər ki, xəstəlik və yoluxmalar davam edir, yeni ştammlar yaranacaq:

"Əgər biz öz ölkəmizdə virusun qarşısını alırıq, lakin digər ölkədə qarşısı alınmırsa, virus başqa bir formada yenə geri qayıdacaq. Ona görə də, ÜST çalışır ki, aşağı gəlirli ölkələrdə də bu pandemiya zənciri qırılsın və yeni ştammlardan əziyyət çəkməyək".