Yatmazdan 1 saat əvvəl süd için - Çox faydalıdır...

 18:59 15.09.2021     346

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir.

Redaktor.az xarici mediaya istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur. Yetəri qədər yatmamaq yaşlanmanı sürətləndirir, ürəkdə problemlər yaradır. Bir sözlə, sağlamlıq üçün ciddi problemlər yaradır.

Mütəxəssislər yatmazdan 5 saat əvvəl tərkibində kofeyn olan heç bir qidanın qəbul etməməyi tövsiyyə edir.

Əgər axşam yeməyində lifli qidalar və tərəvəzlər yesəniz, yuxu rejiminiz yaxşı olacaq. Eyni zamanda yatmazdan 1 saat əvvəl süd için. Onun tərkibindəki vitaminlər yuxuya çox təsir edir.

"Fast food" və hədsiz yağlı qidalar orqanizm üçün zərərli olduğu qədər, yuxu sisteminin pozulmasına da səbəb olur. Bu cür yeməkləri çox sevirsinizsə, ən azından axşam saatlarında yeməyin.

Axşam vaxtı tərkibində proteyin olan qidalardan da uzaq durun.

İnfeksiya xəstəlikləri olanlarda yuxusuzluq problemi çoxdur. Buna görə də həkimə müraciət edib, infeksiya xəstəliyiniz olub-olmadığını da müəyyənləşdirin.