"Pandemiyanın yazda bitəcəyinə ümid var" - ABŞ-ın baş infeksionisti

 00:10 19.09.2021     433

"Düşünürəm ki, üçüncü vaksinin qəbulu daha məqsədəuyğun olacaq"

Redaktor.az xəbər verir ki, bunu ABŞ-ın baş infeksionisti Entoni Fauçi "Teleqraf" qəzetinə müsahibəsində deyib.

O, gücləndirici peyvənd ideyasını dəstəklədiyini bildirib.

Mütəxəssisin sözlərinə görə, "Pfizer" vaksininin də altı aydan sonra üçüncü dəfə qəbul edilməsi mümkündür.

Fauçi koronavirusun mütəxəssisləri dəfələrlə aldatdığını, buna görə də pandemiyanın nə vaxt bitəcəyini proqnozlaşdırmağın çətin olduğunu əlavə edib:

"Pandemiyanın yazda bitəcəyinə ümid var".