Digər xəstəliklərə qarşı peyvəndləmə azalıb - AÇIQLAMA

 15:24 19.09.2021     379

Koronavirus pandemiyası ilə əlaqədar bütün dünyada, o cümlədən də Azərbaycanda digər xəstəliklərə qarşı peyvəndləmə, immunizasiya azalıb.

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssisi Erkin Rəhimov deyib.

O bildirib ki, bu, hazırda qlobal bir problemdir:

"İndi bütün ölkələr çalışır ki, insanları müxtəlif maarifləndirmə yolları ilə bütün peyvəndlərin vaxtında vurulmasına yönləndirsinlər. Ölkəmizdə də vəziyyət eynidir. Digər xəstəliklərə qarşı peyvəndləmə azalıb. Bunun özü də təhlükə kəsb edir. Ona görə biz də insanlara izah etməliyik ki, vurdurmadıqları peyvəndlər varsa, vaxtında gedib vurdursunlar". //Trend