Bananla dərinizi nəmləndirin

 18:59 19.09.2021     629

Hər axşam yatmazdan öncə üzümüzü təmizləmək və nəmləndirmək vacibdir. Bununla daha sağlam və təravətli dəriyə sahib olacaqsınız.

Redaktor.az dərinizi nəmləndirəcək banan maskasını təqdim edir.

Bir ədəd bananın üzərinə 4 yemək qaşığı bal və 1 çay qaşığı zəncəfil tozu əlavə edib qarışdırın. Maskanı üzünüzə çəkib 30 dəqiqə saxlayın. Daha sonra ilıq su ilə dərinizi təmizləyin.