Uşaqlar arasında koronavirusa yoluxma halları artıb - Həkimdən XƏBƏRDARLIQ

 16:30 22.09.2021     843

Son günlər uşaqlar arasında ciddi xəstəliklər müşahidə olunur. Temperatur, üşütmə, digər qripəbənzər əlamətlər olsa da, uşaqların əksəriyyəti xəstəlikdən çətinliklə sağala bilir. Bəs görəsən uşaqlar arasında yayılan bu xəstəlik nədir və düzgün müalicəsi necə aparılmalıdır? Valideynlər nələrə diqqət etməlidir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını həkim-pediatr Aytən İsmayılzadə cavablandırıb. O bildirib ki, hazırda uşaqlar arasında yayılan müxtəlif virus xəıstəlikləri əsasən mövsümi xarakter daşıyır:

“Bunların arasında koronavirus və bağırsaq qripi üstünlük təşkil edir. Əvvəllər uşaqların koronavirusa yoluxmadığı bildirilirdi. Lakin təcrübə göstərir ki, koronavirusa yoluxan uşaqların sayı da kifayət qədərdir. Hətta bəzi uşaqlarda ağırlaşma halları da qeydə alındı. Lakin böyüklərdən fərqli olaraq uşaqların ağciyərlərində ciddi fəsadlar olmur. Yoluxan uşaqlar digər virus xəstələri kimi müalicə edilir”.

Pediatr bldirib ki, son günlər ərzində yoluxan uşaqlar arasında ağırlaşmalar qeydə alınır: “Xüsusilə yoluxmadan bir neçə gün sonra qızdırma təkrar qalxır və qan göstəriciləri dəyişir. Belə olan halda həkim xəstəyə antibiotik təyin etməyə məcbur olur. Amma bir çox hallarda uşaqlara ilk gündən antibiotk vurulur. Bu halda uşağın immun sistemi zəifləyir və virusla mübarizə apar bilmir. Ona görə də valideynlər diqqətli olmalıdır. Uşaqların qidasına xüsusi diqqət edilməlidir. Sarımsaq və soğandan istifadə faydalıdır. "Fast food" və digər zərərli yeməklərdən uzaq olmaq lazımdır. Həmçinin, təzə meyvə tərəvəzlərdən geniş istifadə olunmalıdır”.

Şəbnəm Mehdizadə