Siqaret çəkənlər koronaya yoluxmur? - AÇIQLAMA

 03:30 23.09.2021     984

Siqaret çəkən insanların koronavirusu yüngül keçirməsi ilə bağlı cəmiyyətdə fikirlər səsləndirilir və bu da onunla əsaslandırılır ki, nikotin koronavirusun ağciyərə düşməsini əngəlləyir.

Redaktor.az-ın məlumatına görə, məsələ ilə bağlı açıqlama verən Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov bu fikirlərin əsassız olduğunu bildirib.

O qeyd edib ki, siqaret çəkməyin və nikotinin xəstəliyin daha yüngül keçməsinə səbəb olması fikri əsaslı deyil:

“Əksinə, uzun müddət siqaret çəkən insanların tənəffüs yollarında xronoki iltihablaşma gedir ki, bu da həmin insanlarda koronavirusa yoluxma zamanı daha ciddi ağırlaşmalara səbəb ola bilər”. //Trend