“İnsanlar hər il peyvənd edilsə, pandemiya sona çatacaq" - “Pfizer” şirkətinin rəhbəri

 08:15 27.09.2021     417

“İnsanlar hər il koronavirusa qarşı peyvənd edilsə, pandemiya sona çatacaq və dünya normal vəziyyətə qayıdacaq”.

Redaktor.az xəbər verir ki, bunu “Pfizer” şirktənin baş direktoru Albert Burla bəyan edib.

“Düşünürəm ki, normal həyatımıza qayıda bilərik. Bu, yeni variantların (virusun - Red) yaranmayacağı anlamına gəlmir. Peyvəndsiz normal həyat yaşaya biləcəyimizi düşünmürəm” - baş direktor bildirib.

Onun sözlərinə görə, alimlər təsiri ən azı bir il davam edəcək dərmanlar yarada biləcəklər.