Rusiyada koronavirusdan rekord sayda yoluxma və ölüm

 13:01 03.10.2021     3039

Rusiyada son sutka ərzində daha 25 679 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.


Redaktor.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 7 586 536 nəfərə çatıb.
Son sutka ərzində 890 nəfər koronavirusdan ölüb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 209 918 nəfərə çatıb.
Beləliklə, son sutka Rusiyada pandemiya dövründə indiyə kimi koronavirusdan ən çox ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Hindistan, Türkiyə, Braziliyadan sonra 6-cı yerdə gəlir.