Azərbaycanda yoluxma sayı YENİDƏN ARTDI - FOTO

 16:29 03.10.2021     4385

Azərbaycanda bu gün koronavirus infeksiyasına 712 yeni yoluxma faktı qeydə alınıb, 1813 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Redaktor.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 987 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 464 611 nəfər müalicə olunaraq sağalıb, 6 573 nəfər vəfat edib, aktiv xəstə sayı 14 803  nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 760, ötən müddət ərzində isə ümumilikdə 4 878 165 test aparılıb.

Qeyd edək ki, Azərbaycanda ötən gün koronavirus infeksiyasına 684 yeni yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb, 16 nəfər vəfat edib.

2