Azərbaycanda ən çox yoluxma bu ərazilərdədir - SİYAHI

 10:49 04.10.2021     1263

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Redaktor.az  xəbər verir ki, ölkədə virusa yoluxanların 54,2 %-i Bakının payına düşür.

Yoluxma göstəricisi Abşeronda 13,4 %, Aranda 12,1 %, Gəncə-Qazaxda 7 %, Şəki-Zaqatalada 3,6 %, Quba-Xaçmazda 3 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,3 %, Yuxarı Qarabağda 1,5 %, Naxçıvan Muxtar Respublikasında 0,7 %-dir.

Ölkə xaricindən gələnlərdə yoluxma halı 0,4 % təşkil edir.

Bakıda koronavirus infeksiyasının ən geniş yayıldığı ərazilər məlum olub. Belə ki, paytaxt üzrə ən yüksək yoluxma yenidən Binəqədi rayonunda qeydə alınıb.

Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.

Sonrakı yerlərdə 13,6 %-lə Xətai, 11,8 %-lə Yasamal və Sabunçu, 8,4 %-lə Suraxanı, 7,8 %-lə Nərimanov, 7,6 %-lə Nəsimi, 7,5 %-lə Xəzər, 7,2 %-lə Nizami, 4,9 %-lə Səbail, 4,4 %-lə Qaradağ, 0,5 %-lə isə Pirallahı qərarlaşıb.