Cüdoçumuz dünya ikincisi oldu

 21:21 06.10.2021     251

İtaliyanın Olbia şəhərində gənc cüdoçular arasında keçirilən dünya çempionatında Azərbaycan təmsilçisi Turan Bayramov gümüş medal qazanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Bildirilib ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan T.Bayramov (60 kq) final görüşündə Giorgi Sardalaşviliyə (Gürcüstan) məğlub olaraq gümüş medalla kifayətlənib.

Oktyabrın 10-dək davam edəcək turnirə 73 ölkədən 500-dən çox cüdoçu qatılacaq.