Yalnız bu şəxslərə 3-cü doza peyvənd vurula bilər - ÜST-dən AÇIQLAMA

 14:30 12.10.2021     1329

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İmmunlaşdırma üzrə Strateji Məsləhətçi Qrupu koronavirusa qarşı peyvəndin üçüncü dozasına ehtiyacı olan bir qrup şəxsin adını açıqlayıb.

Redator.az-ın məlumatına görə, bu barədə The New York Times qəzeti xəbər verib.

Xüsusilə, immuniteti zəif olan insanlar üçün COVID-19- qarşı əlavə dərman dozası tövsiyə olunur. Bu tövsiyə Pfizer-BioNTech, Moderna, AstraZeneca, Covishield, Johnson & Johnson, Sinopharm və Sinovac vaksinləri vurduran hər kəsə aiddir.

Bundan əlavə, Çin vaksinləri olan Sinovac və ya Sinopharm ilə peyvənd olunan 60 yaşdan yuxarı insanların üçüncü doza ilə peyvənd olunması məsləhət görülüb.