Yeni doğulmuş körpələrə səhvən COVİD peyvəndi vuruldu

 22:53 05.11.2021     596

Vyetnamın paytaxtı Hanoya şəhərində 2-6 aylıq uşaqlara səhvən koronavirusa qarşı “Pfizer” və “BioNTech” peyvəndləri vurulub.

Redaktor.az xəbər verir ki, ölkənin Səhiyyə Departamenti bu barədə öyrəndikdən sonra körpələri müayinə və müalicə məqsədi ilə xəstəxanaya köçürüblər.

Uşaqların vəziyyəti stabil olsa da, inyeksiyadan sonra bəzilərinin temperaturu yüksəlib, inyeksiya yeri qızarıb və şişib.

Hadisənin səbəbləri barədə araşdırmalara başlanılıb.