Koronavurus bu halda orqanizmə zərbə vura bilməz

"Koronavirus qrip xəstəliyi keçirən insanın orqanizminə zərbə vurmaq iqtidarında deyil".
Redaktor.az xəbər verir ki, bunu "İzvestiya" nəşrinə müsahibəsində hazırda koronavirus infeksiyasına yoluxmuş pasientlərin müalicə aldığı N.A.Semaşko adına "RJD-Medisina" kliniki xəstəxananın stasionar şöbəsinin rəhbəri, kardioloq Zaur Şuquşev bəyan edib.
Onun sözlərinə görə, əgər rinovirus ilk olaraq ağ ziyərləri zədələyibsə, koronavirus daha onların toxumalarına daxil ola bilməz.
Bu zaman o, qeyd edib ki, eyni zamanda hər iki infeksiyaya yoluxmaq mümkündür, hərçənd bu, nadir hallarda baş verir.
"Amma əgər hər halda bu iki virus eyni zamanda qarşılaşarsa, hər iki infeksiyanın gedişi ağır olacaqdır, yəni insan bu xəstəlikləri xeyli dərəcədə ağır keçirəcəkdir", - həkim belə deyib.
Şuquşev hesab edir ki, COVİD-19 qripi sıxışdıra bilməz. Pandemiya müddətində qripin bir neçə dəfə yayılma piki müşahidə edilib.
"Bu xəstəlik xəstələnmə halları arasında hansı yerdə olubsa, o yerdə də qalacaqdır. Bu göstərici isə təxminən 10 faiz təşkil edir", - həkim vurğulayıb.